Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Avstriya bəstəkarı Volfhanq Amadey Motsartın “Fiqaronun toyu” operasının premyerası olacaq. Operanın süjeti Bomarşın pyesindən götürülüb. Həmin dövrdə aristokratiyanı lağa qoyan, Fransa inqilabı ilə əlaqəli bu əsər Vyanada qadağan edilmişdi. Səhnə əsərinə Ukraynanın məşhur opera rejissoru Nikolay Tretyak quruluş verəcək. Əsərin quruluşçu rəssamı Yusif Babayevdir. Operaya dirijorluğu beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev edəcək.
Yeni səhnə əsərində əsas partiyaları Xalq artisti Əli Əsgərov, əməkdar artistlər İnara Babayeva, Fəridə Məmmədova, Səbinə Əsədova, aparıcı solist Fərid Əliyev və başqaları ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar