Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümə sentyabrın 13-də “Qoğal” tamaşası ilə başlayacaq.
Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikovadır. Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal”ı daha əvvəl fərqli yozumda azərbaycanlı azyaşlılara təqdim etsələr də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib.
Teatrın balaca tamaşaçılarına daha bir hədiyyəsi sentyabrın 18-də - Üzeyir Musiqi Günündə nümayiş olunacaq marionet tamaşadır. Dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanan tamaşada baş rolu teatrın aparıcı aktyoru Rəhman Rəhmanov ifa edəcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar