İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni mövsümünə sentyabrın 21-də Dövlət Rus Dram Teatrının səhnəsində oynanılacaq "Qaçaq qocalar" tamaşası ilə start verəcək. Yazıçı Elçin Hüseynbəylinin eyniadlı əsəri əsasında hazırlanan tamaşa qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edir. Gənc rejissor Anar Məmmədovun quruluş verdiyi səhnə əsərində rolları əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyor Əjdər Zeynalov və başqaları ifa edirlər.
Yeni mövsümün yeni tamaşaları barədə məlumat verən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev mövsümün birinci rübündə "Qaçaq qocalar” tamaşasının premyerasından sonra Kamal Abdullanın "Bir, iki, bizimki" əsəri əsasında hazırlanan eyniadlı tamaşanı da izləyicilərə təqdim edəcəklərini dedi. Rejissor Gümrah Ömərin quruluş verdiyi tamaşa teatrın daxili imkanları hesabına hazırlanıb.
Direktor daha sonra iki dövlət sifarişi üzərində işlədiklərini də bildirdi: “Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə onun "Geriyə baxma, qoca" əsəri əsasında hazırlanan eyniadlı tamaşanı hazırlayacağıq. Ona Əməkdar incəsənət xadimi Oruc Qurbanov quruluş verəcək. Bundan başqa, şair-dramaturq Hidayətin "Burdan min atlı keçdi" əsəri əsasında hazırlanan eyniadlı tamaşanı da təqdim edəcəyik. Əsərə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verəcək.
Direktor hər dörd tamaşanın artıq buraxılış ərəfəsində olduğunu da dedi.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar