Yeni mövsümdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Müslüm Maqomayevin “Şah İsmayıl” operası oynanılacaq. Operada Ərəbzəngi partiyası teatrın solisti Vüsalə Musayevaya həvalə olunub. İfaçı bildirib ki, ilk dəfə səhnədə qəhrəman qadın obrazını canlandıracaq: “Ərəbzəngi obrazında efirdən Rübabə Muradova, Gülxar Həsənova, Sahibə Əhmədova, Həqiqət Rzayevanı izləmişəm. Həmişə tamaşalarda zərif qəhrəmanları canlandırmışam. Bu dəfə isə qəhrəman bir qadın obrazını ifa edəcəyəm. Düşünürəm ki, qəhrəman obrazını canlandırmaq mənə bir az çətin olacaq. Çünki qılınc oynatmaq üçün çox məşq etməli olacağam. Amma ümid edirəm ki, Allahın mənə verdiyi daxili güc və sevgi bu obrazı canlandırmağa kömək edəcək”.
Qeyd edək ki, “Şah İsmayıl” operasına teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar