İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov yeni tamaşalar üzərində yaradıcılıq işləri aparır. Respublikanın bir neçə teatrına dəvət alan rejissor ilk olaraq çalışdığı sənət ocağında Xalq yazıçısı İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanı əsasında tamaşaya quruluş verəcək. Rejissorun sözlərinə görə, İlyas Əfəndiyevin 100 illiyi münasibətilə dövlət sifarişi ilə səhnələşdirilən əsər oktyabrın sonunadək hazır olmalıdır: “Hələ 2007-ci ildə Xalq yazıçısı Elçinlə birgə “Geriyə baxma, qoca” romanı əsasında Qarabağın tarixinə həsr edilən dram əsərinin ssenarisini yazmışdıq. Əsər Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmalı idi. Sonradan bu iş ləngidi. Həmin tamaşanı İrəvan teatrında səhnəyə qoyacağıq. Sentyabr ayından tamaşanın məşqlərinə başlayacağıq”.
Rejissor daha bir tamaşanı Lənkəran Dövlət Dram Teatrında hazırlayacaq: “Lənkəran teatrının səhnəsində klassik əsərlərimizdən birinə quruluş verəcəyəm. Hələlik əsərin adını bildirmək istəmirəm, onu deyə bilərəm ki, milli komediyalarımızdan biridir. Bundan başqa, Bakı Bələdiyyə Teatrının direktoru, Xalq artisti Amaliya Pənahovanın dəvəti ilə həmin teatrda U.Şekspirin “Şıltaq qızın yumşalması” komediyasını da səhnələşdirəcəyəm. Artıq bununla bağlı müzakirələrimiz də yekunlaşıb və nümunə yeni mövsümdə tamaşaçılara təqdim olunacaq”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar