Son vaxtlar milli opera nümunələrinin əsas partiyaları gənc və istedadlı solistlərə həvalə olunur. Akademik Opera və Balet Teatrı rəhbərliyinin məqsəd olaraq qarşıya qoyduğu bu işin davamı olaraq səhnədə daha bir neçə gəncin ifasını görmək imkanımız olacaq.

Bu barədə qəzetimizə açıqlama verən teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev gənc xanəndələr Vüsalə Mirzəyeva və Arzu Əliyevanın adlarını xüsusi qeyd edib. Onun sözlərinə görə, teatrın builki repertuarında yer alan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu” və Müslüm Maqomayevin “Şah İsmayıl” operalarında əsasən gənc solistlərə üstünlük veriləcək: “Hər üç operada əvvəlki solistlərimizlə yanaşı, gənc xanəndələr və vokalçılar da rol alacaq. “Şah İsmayıl” operasında bu il ilk dəfə olaraq Vüsalə Mirzəyevanın Ərəbzəngi rolunda səhnəyə çıxması gözlənilir. Tamaşanın məşqlərinə yeni mövsümdə başlanılacaq. Bundan əvvəl Ərəbzəngi rolunda gənc xanəndə Arzu Əliyeva çıxış etmişdi. Biz gələcəkdə Arzu Əliyevanı Leyli kimi görmək istəyirik. “Leyli və Məcnun” hər zaman yenilənir, baş rolların ifaçıları dəyişilir ki, bu da musiqi zövqünün zənginləşməsinə xidmət edir. Bu təbii haldır və səhnə daim yeni nəfəs axtarır”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar