Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 12-20 sentyabr tarixində Belarusun Brest şəhərində keçiriləcək XVIII “Belaya veja” (“Ağ qala”) teatr Festivalına qatılacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivalda S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası təqdim olunacaq. Quruluşçu rejissoru İsa Əsədov olan tamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edir.
Oktyabrın 2-dən 8-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək beynəlxalq teatr festivalında da ölkəmizi Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. “Gürcüstan vitrini + Qafqaz və Qara dəniz bölgəsi yeni teatr marketi” (Georgian Showcase + New Market of Caucasia and Black Sea Region) adlı festivalda yaradıcı heyət tərəfindən İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” tamaşası nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar