Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümü sentyabrın 15-də türk yazıçısı Əziz Nesinin “Öldür məni, can-ciyər” adlı əsərinin premyerası ilə açacaq. Bu barədə Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov məlumat verib.
Onun sözlərinə görə, hazırda teatrda məşqlər gedir. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Firudin Məhərrəmovdur. Rolları Növrəstə Həşimova, İlahə Səfərova və Mətləb Səfərli ifa edir.
Qeyd edək ki, bu il Sumqayıt Dövlət Dram Teatrının yaranmasının 45 ili tamam olur. Teatr 45 illik yubiley tədbirini təntənəli şəkildə qeyd etməyə hazırlaşır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar