Sentyabrın 21-də Səməd Vurğun adına Rus Dram Teatrında Pedro Kalderonun “Məhəbbətlə zarafat etmək olmaz” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olacaq.
Teatrın direktoru Ədalət Hacıyevin sözlərinə görə, tamaşanın rejissor və rəssamları Rusiyadan dəvət olunub. Səhnə əsərinin quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssam İrina Yaremenko və işıq üzrə rəssamı Yevgeni Vinoqradovadır. Tamaşada rolları Əməkdar artist Salman Bayramov, aktyorlar Mariya Duboviskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Teymur Rəhimov, Zaur Terequlov, Fərid Bəhramov, Səfa Mehdi, Natavan Hacıyeva, Yeganə Hüseynli ifa edəcək.
Lirik komediya janrındakı tamaşanın musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafı Mariya Duboviskayadır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar