Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 106-cı mövsümün açılışına qızğın hazırlıq gedir. Yeni mövsüm sentyabrın 20-də Qara Qarayevin “Yeddi gözəl” baletinin tamaşası ilə başlanacaq. Tamaşa sentyabrın 18-də start götürəcək Üzeyir Hacıbəyli adına beynəlxalq musiqi festivalı çərçivəsində nümayiş olunacaq.
Festival günlərində sentyabrın 21-də teatrda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası göstəriləcək. Leyli partiyasını Xalq artisti Nəzakət Teymurova, Məcnunu isə Xalq artisti Mənsum İbrahimov ifa edəcək. Sentyabrın 24-də Üzeyir bəyin “Koroğlu” operası nümayiş olunacaq. Tamaşada Koroğlu rolunu istedadlı vokalçı Ramil Qasımov, Nigarı isə İlahə Əfəndiyeva oynayacaqlar.
Sentyabrın 28-də isə teatrda yeni mövsümün ilk premyerası - görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın “Fiqaronun toyu” operasının tamaşası olacaq. Beynəlxalq layihə əsasında səhnəyə qoyulan tamaşada azərbaycanlı vokalçılarla yanaşı Ukrayna və Belarusdan olan ifaçılar da iştirak edəcəklər. Fiqaro rolunu Ukraynanın Əməkdar artisti Dmitri Qrişin, qraf Almavivanı Belarusun Əməkdar artisti Vladimir Qromov ifa edəcək. Operanın quruluşçu rejissoru ukraynalı rejissor Nikola Tretyak, musiqi rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar