Sentyabrın 18-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində Təhsil Nazirliyinin dəstəyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Marionet” teatrı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını nümayiş etdirib.
Milli Musiqi Günü münasibətilə keçirilən və sentyabrın 20-dək davam edəcək bu aksiyada internat məktəbinin şagirdlərinə hər gün iki tamaşa göstəriləcək. Tədbirdə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 və 2 nömrəli tam orta internat məktəbləri, 11 nömrəli inteqrasiya təlimli internat məktəbi və 1 nömrəli ailə tipli kiçik qrup evinin şagirdləri də iştirak edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar