Gənc Tamaşaçılar Teatrı Belarusda festivalda iştirak edib
Xəbər verdiyimiz kimi, sentyabrın 12-dən 20-dək Belarusun Brest şəhərində XIX “Belaya Veja” (“Ağ qala”) beynəlxalq teatr festivalı keçirilib. Tədbirdə ölkəmizi Gənc Tamaşaçılar Teatrı irland dramaturqu Samuel Bekketin eyniadlı pyesi əsasında hazırlanan “Sözsüz” monotamaşası ilə təmsil edib.
İsa Əsədovun quruluş verdiyi tamaşada Əməkdar artist Şövqi Hüseynov iştirak edir. Onun peşəkar ifası festival iştirakçılarının böyük marağına səbəb olub. Belarus, Rusiya, Ukrayna, Estoniya, İtaliya, Latviya, Polşa, Slovakiya, Qazaxıstan, Gürcüstan və digər ölkələrin 24 teatr kollektivinin on dildə təqdim etdiyi 28 tamaşa arasında həmyerlilərimizin də işi fərqlənə bilib.