Qusar Dövlət Ləzgi Dram Teatrında görkəmli Azərbaycan yazıçısı və mütəfəkkiri Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) komediyası müvəffəqiyyətlə tamaşaya qoyulub.
Bağır Əhmədovun quruluş verdiyi tamaşa rəngarəng, zəngin səhnə və musiqi tərtibatı ilə seçilir. Səhnə əsərində rol alan Aydın Xeyirov (Hacı Qara), Namik Mustafayev (Heydər bəy), Sevda Tahirova (Sona xanım), Tamara Məmmədova (Tükəz), Pirverdi Pirverdiyev (naçalnik), Rəşid Salmanov (Əsgər bəy), Azibəy Dəmirov (Səfər bəy) və başqaları uğurlu aktyor oyunları ilə tamaşaçıların rəğbət və alqışlarını qazanıblar.
Teatrın direktoru Faiq Qardaşovun bildirdiyinə görə, hazırda teatrda Xalq şairi Zəlimxan Yaqubun ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Böyük ömrün dastanı” poeması əsasında eyniadlı ədəbi-bədii kompozisiyanın məşqləri gedir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar