Məşədi İbadın üç ifaçısı var

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası yeni ifaçılarla tamaşaçıların görüşünə gəlir. Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən verilən xəbərə görə, oktyabrın 25-26-da tamaşanın yeni heyətlə premyerası olacaq.
Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşada bu dəfə Məşədi İbad obrazı üç nəfərə - əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqü Hüseynova həvalə olunub. Operettanın daha bir əsas qəhrəmanını - Gülnaz rolunu iki ifaçı - Əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edəcək. Sənəm rolunda isə Xalq artisti Afaq Bəşirqızı çıxış edəcək.
Əməkdar artist Əkbər Əlizadə və Elxan İsmayılov “İntelligent Həsən”, Əməkdar artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov Məşədi Qəzənfər, Möylə Mirzəliyev Rüstəm bəy, Əzizağa Əzizov Qoçu Əsgər, Nadir Xasiyev, Səmədzadə Xasiyev Həsənqulu bəy, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov qəzetçi Rza bəy, Hüseyn Əlili və Ağaxan Şərifov isə hambal obrazlarında səhnəyə çıxacaqlar oynayacaqlar.
Qeyd edək ki, Xalq artisti Cənnət Səlimova ilk dəfə “O olmasın, bu olsun” tamaşasına quruluş verərkən Məşədi İbadı Xalq artisti Hacıbaba Bağırov ifa edib. 2008-ci ildə tamaşa yenidən bərpa olunanda bu obrazı Ramiz Məmmədov oynamışdı.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar