Naxçıvan teatrı qastrola çıxıb

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı muxtar respublikanın rayon mərkəzlərinə qastrol səfərinə çıxıb. Kollektiv Şahbuz, Ordubad və Culfa şəhərlərində böyük rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun “Ayı” və “Təklif” vodevilləri əsasında səhnələşdirilən “Russayağı evlənmə” tamaşasını təqdim edib. Tamaşa oktyabrın 27-də Şərur və Kəngərli rayonlarında da göstəriləcək.
Tamaşa XIX əsr Rusiya həyatının reallıqlarını yazıçıya məxsus kinayə və istehzalarla göstərən şən səhnə əsəri təsiri bağışlayır. Qeyd edək ki, Naxçıvan teatrı Çexov dramaturgiyasına sonuncu dəfə 1985-ci ildə müraciət edib. Həmin ildə müəllifin vodevil və hekayələri əsasında “Üç zarafat” tamaşası hazırlanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar