Yaxud ötən əsrdən gələn hədiyyə

Bu il görkəmli teatr və kino aktrisası, adı Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılmış Xalq artisti Barat Şəkinskayanın 100 yaşı tamam olur. Ölkə Prezidentinin sərəncamı ilə qeyd edilən yubiley tədbirlərindən biri də oktyabrın 27-də Teatr Xadimləri İttifaqında gerçəkləşdi.
İttifaq Barat xanımın xatirəsini maraqlı bir layihə ilə yad etdi. Təxminən yarım əsr əvvəl Azərbaycan radio və televiziyasında uşaqlar üçün nağıl və hekayələr oxumuş aktrisanın yadigar ifaları toplanılaraq, audio disk hazırlanıb.
Tədbiri Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov açaraq aktrisanın milli teatr və kino tarixinə verdiyi töhfələrdən danışdı.
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Azərbaycanın ilk peşəkar aktrisaları cərgəsində olan Barat xanımın yaradıcılığı barədə danışdı. Tanınmış teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov Milli Dram Teatrında rollarına heyranlıqla tamaşa etdiyi aktrisa ilə Sumqayıt Dram Teatrının yarandığı dövrdə birgə çalışdıqlarını xatırladı.
Xalq artisti Rafiq Əzimovun Barat xanımın 60-cı illərdə sənətə gəlmiş cavan aktyorlara ana kimi qayğı göstərdiyini yada saldı. Xalq artistləri Zərnigar Atakişiyeva və Məleykə Əsədovanın sənət taleyinə Barat xanımla eyni səhnəni paylaşmaq düşməsə də, hər ikisi bir zamanlar onun ifa etdiyi Mirandalina («Mehmanxana sahibəsi»), Dilşad xanım («Atayevlər ailəsi»), Gültəkin («Aydın») və Şirin («Fərhad və Şirin») obrazlarını sevdirməyi bacaran aktrisalar kimi ondan xeyir-dua aldıqlarını dilə gətirdilər.
Təqdimatın sonunda aktrisanın qızı, tanınmış televiziya rejissoru Solmaz Həmzəyeva anasının xatirəsinə göstərilən diqqətə və gözlənilməz «Barat - bir şirin nağıl...» audio diskinin ərsəyə gəlməsinə görə Teatr Xadimləri İttifaqına və bu işdə zəhməti keçən hər kəsə minnətdarlığını bildirdi.

G.Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar