Oktyabrın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yuğ Dövlət Teatrında olub. Nazir Mirzə Fətəli Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” traktatı əsasında hazırlanmış “Naməlum Axundzadə” tamaşasına baxıb. Tamaşadan sonra nazir kollektivlə söhbət edib, teatr haqqında fikirlərini bildirib. Qeyd olunub ki, Yuğ Teatrı Azərbaycan teatr məkanında özünəməxus yeri, yaradıcılıq axtarışları olan sənət ocağıdır. Əbülfəs Qarayev teatrda yaradıcılıq prosesinin stimullaşdırılmasının vacibliyini vurğulayıb və onun daha geniş arealda tanınması, beynəlxalq festivallarda və qastrol səfərlərində ölkəmizi təmsil etməsi üçün Mədəniyət və Turizm Nazirliyinin həmişə köməyə hazır olduğunu deyib. Teatrın maddi-texniki bazasının, işıq və səs avadanlıqlarının təkmilləşdirilməsinin də gündəmdə olduğu bildirilib.
Rejissor Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşasını klassik irsə müasir yanaşma nöqteyi-nəzərindən yüksək qiymətləndirən nazir teatrın repertuar siyasəti, reklam-təbliğat işlərinin aparılması və s. məsələlərlə bağlı dəyərli məsləhətlərini verib, kollektivə yaradıcılıq uğurları arzulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar