Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Bakıda qastrol səfərindədir. Səfər çərçivəsində kollektiv noyabrın 6-da yazıçı-dramaturq, Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin “Sönmüş talelər” tamaşası ilə çıxış edəcək.
Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın Əməkdar artisti Sevda Bəybalayevadır.
Narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tamaşada rolları Mahir Məlikov, Əliyar Hüseynov, Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov və başqaları ifa edəcəklər. Dərbənd teatrı noyabrın 20-dək Azərbaycanın bir sıra bölgələrində çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar