Kamran Nəzirlinin “Narkoman” pyesi böyük maraqla qarşılanıb

Sumqayıt Dövlət Musiqili Dram Teatrında tanınmış yazıçı-dramaturq Kamran Nəzirlinin “Narkoman” pyesinin premyerası keçirilib.

Böyük tamaşaçı marağına səbəb olan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı, Əməkdar mədəniyyət işçisi İmamverdi Əhmədovdur. Anşlaqla keçən tamaşada əsas rolları Əməkdar artist Növrəstə Həşimova, aktyorlardan Cəlal Məmmədov, Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, İlqar Hüseynov və başqaları ifa ediblər.
Teatrın direktoru İslam Həsənov bildirib ki, bəşəriyyətin ən qorxulu bəlasına, maddi-mənəvi sərhədləri aşaraq günümüzün ən ciddi problemlərindən birinə çevrilmiş narkotik vasitələr insanda həm psixoloji, həm də fiziki asılılıq yaradır. Buna görə də “ağ ölüm” adlandırılan zərərli bəlaya qarşı birgə mübarizə aparmalıyıq: “Yazıçı Kamran Nəzirlinin “Narkoman” pyesi də məhz bu aktual və ağrılı mövzuya həsr olunub. Biz pyesi tamaşaya qoyanda əsərin bütün başqa cəhətləri ilə yanaşı bu xüsusiyyətini də nəzərə aldıq. Əsər narkomaniyanın ailələrə gətirdiyi faciələri göstərir, narkotiklərə qətiyyətlə “yox!” deyir. Tamaşanın tərbiyəvi və psixoloji gücü də məhz bundadır”.
Əsərin mövzusu və məzmunu bugünkü müasir həyatımızda baş verən hadisələrdən götürülüb. Pyesdə qəhrəmanlar müqəddəs ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda mübarizə aparırlar.
Tamaşanın respublikanın müxtəlif bölgələrində də nümayişi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar