Azərbaycan Dövlət Pantomima Teatrı Azərbaycanın Mədəniyyət və Turizm, Rusiyanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada qastrolda olub. Kollektiv noyabrın 4-də “Na Strasnom” Teatr Mərkəzində Zaur Zeynalovun “Maska” tamaşasını təqdim edib. Tamaşadan öncə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Pantomima Teatrının tarixi barədə məlumat verib. Bildirib ki, 1994-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində pantomima teatr-studiyası yaradılıb və 2000-ci ildə studiyaya dövlət statusu verilib.
Sonra səhnə əsəri nümayiş olunub. Azərbaycanın Əməkdar artisti Nargilə Qəribova, aktyorlar Elnur İsmayılov, Ceyhun Dadaşov və Bəhruz Əhmədlinin iştirak etdikləri “Maska” tamaşasının quruluşçu rejissoru Bəxtiyar Xanızadə, rəssamı Qurban Məsimovdur. 2004-cü ildə səhnələşdirilən tamaşa İsveçrə, Avstriya, Gürcüstan və Türkiyədə uğurla nümayiş etdirilib. “Maska” Moskva tamaşaçıları tərəfindən də alqışlarla qarşılanıb. Teatrın baş rejissoru Bəxtiyar Xanızadə jurnalistlərə açıqlamasında deyib ki, bu, kollektivin Moskvaya üçüncü səfəridir.
Noyabrın 5-də kollektiv Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında hazırladığı “Manqurt” tamaşasını moskvalı sənətsevərlərə nümayiş etdirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar