Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizovu Cüzeppe Verdinin “Traviata” operasının tamaşasında Jermon roluna dəvət edib.
Noyabrın 30-da nümayiş olunacaq tamaşada Elçin Əzizovla yanaşı, teatrın gənc və istedadlı solistləri İlahə Əfəndiyeva (Violetta) və Fərid Əliyev (Alfred), habelə Xalq artisti Əli Əsgərov (Markiz), Əməkdar Artist Səbinə Əsədova (Flora), Anton Ferştandt (Doktor) səhnəyə çıxacaqlar. Tamaşanın dirijoru beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.
Qeyd etmək lazımdır ki, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, respublikamızın Əməkdar artisti Elçin Əzizov Rusiya Böyük Teatrında çalışan ilk azərbaycanlı solistdir. Rusiya musiqişünasları və teatr tənqidçiləri onun çıxışlarına hər zaman yüksək qiymət verir, parlaq istedadını, yüksək vokal imkanlarını qeyd edir, vokalçının Böyük Teatrda keçirilən tamaşa və konsertlərin bəzəyi olduğunu vurğulayırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar