Sumqayıt Dövlət Dram Teatrında böyük rus yazıçısı Nikolay Qoqolun "Ölü canlar" əsəri əsasında “Çiçikovun sərgüzəştləri" adlı tamaşa hazırlanır. Səhnə əsərinə Ukraynadan dəvət olunmuş rejissor Arkadi Nepotolyuk quruluş verir. Noyabrın sonlarında təhvil veriləcək tamaşada Oktay Mehdiyev, Habil Xanlarov, Şahmar Qəribli, Ulduzə Nəsirova, Sədaqət Nuriyeva, Fəranə Musayeva və başqaları çıxış edəcəklər.
Bundan başqa, teatrda Əməkdar artist Növrəstə Həşimovanın anadan olmasının 60, səhnə fəaliyyətinin 42 illiyinə həsr olunmuş benefis keçiriləcək. Gecədə aktrisanın oynadığı "Öldür məni, can-ciyər" (Əziz Nesin) tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar