Noyabrın 22-də “Yuğ” Dövlət Teatrının səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Səsimdən yapış” adlı yeni tamaşasının premyerası keçirilib.
Tanınmış yazıçı-dramaturq, akademik Kamal Abdullanın “Bir... iki... bizimki...” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, səhnə tərtibatçısı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Ramiq Mehdidir.
Tamaşada “Yuğ” teatrının aktyorları - əməkdar artistlər Məmməd Səfa, Gülzar Qurbanova, İrəvan Azərbaycan Dram Teatrının aktyorları Ceyhun Əliyev, Solmaz Məmmədova və Şəbnəm Cəbrayılova çıxış ediblər.
Tamaşada ölməyə qərar verməyin, həyatdan əl çəkə bilməyin çətinliyindən, mürəkkəb psixoloji hal olmasından danışılır. İnsanın ruh dünyası və ətraf mühitlə qovğaları, özünü ifadə edə bilmədiyindəki çırpınışları ana xətt kimi keçən tamaşa maraqlı ifadə üsulu ilə seçilib.
Səhnə nümunəsi təxmini bu ideyaya söykənir: bu ağır və üzücü bir yolu istəsən də, istəməsən də sən də getmək zorundasan. Çünki həyat davam edir, insan anbaan ölümə yaxınlaşır. Ölüm haqdır, ondan qaçmaq mümkünsüz. Tamaşaçını həyat həqiqətləri, özü və yaşadığı dünya haqqında düşünməyə vadar edən bu səhnə əsəri insanı həm də mənən kamilliyə səsləyir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar