Dövlət Pantomima Teatrının gənc istedadlı aktyoru və rejissoru Ceyhun Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti fakültəsinin tələbələri üçün V.E.Meyerxoldun “Biomexanika” təlimi əsasında aktyor tərbiyəsi mövzusunda ustad dərsi keçib.
Maraqla keçən nəzəri məşğələdə Ceyhun Dadaşov biomexanika ilə ümumi tanışlıq, onun aktyor yaradıcılığının və ümumilikdə teatr sənətinin inkişafında rolundan söhbət açıb. Qeyd olunub ki, aktyorun obraza, onun hisslərinə yaxınlaşmasının yeganə yolu təcrübə ilə, yaxud obrazın psixoloji mahiyyətini dərk etmə cəhdi ilə deyil, hərəkətlə başlanır və hər şeydən öncə əsl ustalıq səhnədə aktyor oyununun tamaşaçı mənəviyyatına, hisslərinə toxuna bilməsidir.
Praktik məşğələdə isə tələbələr aktyor və məkan, aktyor və obraz məsələlərini bilavasitə öz oyunları ilə göstərməyə çalışıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar