Masallı Xalq Teatrı da gələn ilin yanvarında keçiriləcək xalq teatrlarının ümumrespublika baxış-müsabiqəsinə hazırlaşır. Kollektiv müsabiqədə yazıçı Nurəddin Ədiloğlunun “Şəhidlər anası” tamaşası ilə çıxış etməyi planlaşdırır.
“Şəhidlər anası” əsəri tamaşaçının gözü önündə 22 il bundan öncə başa vermiş Xocalı faciəsindən kiçik bir epizodu canlandırır, erməni faşizminin qəddarlığına qarşı nifrət hissi aşılayır. Rolları həvəskar aktyorlar Əfqan Əliyev, Rövşən Muxtarlı, Aybəniz Həsənova, Maqsud Şirəliyev oynayırlar.
Noyabrın 15-də rayon Mədəniyyət Mərkəzində tamaşaya baxış keçirilib. Tamaşadan sonra baxış komissiyanın nümayəndəsi Binnət Hümmətoğlu, əsərin müəllifi Nurəddin Ədiloğlu, Masallı Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova, rayon İcra Hakimiyyəti başçısının müavini Gülşən Xəlilova və başqaları aktyorları təbrik edərək müsabiqənin növbəti mərhələsində uğur arzulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar