Ənənəsinə sadiq qalan Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası noyabrın 23-də Milli Ordunun əsgərləri qarşısında növbəti xeyriyyə tamaşası ilə çıxış edib. Teatrın səhnəsində gənc əsgərlərə Xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” komediyası təqdim olunub. Böyük maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Tariyelqızıdır. Rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sücəddin Mirzəyev və Adil Zeynalov, aktyorlar Zemfira Nəcəfova, Miraslan Ağayev və başqaları ifa ediblər.
Xalq yazıçısının 100 illiyinə həsr olunmuş “Qəribə oğlan” tamaşası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar