Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” tamaşası ilə Bakının Qaradağ rayon mədəniyyət sarayında çıxış edib.
Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir. Amerikalı Ulyam Keytin turist qismində kəndə gəlişi buradakı sakitliyi pozur. Hamı bu səfərin məqsədini istədiyi kimi yozur. Amma Keytin məqsədi Azərbaycan əsilli atasını tapmaqdır.
Tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlar Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Emin Fərzullayev, Gülər Kərimova, Hikmət Cəfərov, Rauf Zeynalov, Təranə Əzizova və başqaları ifa edirlər.
Sonda teatrın direktoru Tofiq Heydərov səhnəyə çıxaraq göstərilən diqqətə görə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və tamaşanın nümayişinin təşkilatçılarına minnətdarlığını çatdırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar