Noyabrın 27-də Astara rayon Kakalos kənd mədəniyyət evində fəaliyyət göstərən Şəhriyar adına Xalq teatrının təqdimatında yazıçı-publisist Fatma Həsənqızının “Qızıl alma” nağıl pyesinin tamaşası keçirilib.
Həvəskar aktyorların məharətli oyunu maraqla qarşılanıb. Tamaşanın sonunda Kakalos kənd ərazi nümayəndəsi C.Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə S.Əliyeva, Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ş.Bayramov çıxış edərək müəllifə xoş arzularını çatdırıblar. Fatma Həsənqızı tamaşaçılara minnətdarlığını bildirib, xalq teatrının kollektivinə uğurlar arzulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar