Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə balaca tamaşaçıları sevindirməyə hazırlaşır. Dekabrın 26-dan yanvarın 4-dək uşaqlar əsl bayram əhvalında bir tamaşa izləmək şansı qazanacaqlar. Teatrın baş rejissoru Qurban Məsimovun hazırladığı “Tıq-tıq və Taq-taqın yeni il macəraları” adlı səhnə əsərində balacalara fərqli qəhrəmanların təqdimatında müsbət və mənfi keyfiyyətlər, yaxşılıq etməyin vacibliyi aşılanır.
Tamaşada əsas qəhrəmanlar Tıq-tıq və Taq-taq Yeni il şənliyinə hazırlaşırlar. Amma hiyləgər tülkü və küpəgirən qarı onların şənliyinə mane olmaq istəyir. Buna görə də Nakaş və Dakaş adlı iki sadəlövh cini pis əməllərinə alət edirlər. Tıq-tıqın evinə gələrək ona sehrli almanı yedirir və bayram azuqələrini mağaralarına daşıyırlar. Meşədən şam ağacı gətirməyə gedən Taq-taq döndüyündə dostunun bu halını görür və köməyə Şaxta babanı çağırır. Onun gəlişi ilə sehr pozulur və hiyləgərlər cəzalandırılır. 45 dəqiqəlik tamaşa uşaqlara xoş istirahət vədi verir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar