Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “N” saylı hərbi hissənin əsgərləri qarşısında konsert proqramı ilə çıxış edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, əsgərlər teatrın repertuarına daxil olan Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, S.Ələsgərov və İ.Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyalarından müxtəlif səhnələri izləyə biləcəklər.
Əməkdar artistlərdən Çingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Nahidə Orucova, 2014-cü ilin aktrisası seçilmiş Gültac Əlili, Hüseyn Əlili və başqalarının iştirakı ilə maraqlı səhnəcik və musiqi nömrələr təqdim olunacaq. Bayram konsertinin aparıcısı Əməkdar artist Əkbər Əlizadə olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar