Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dekabrın 24-də daha bir tamaşanı təqdim etdi. “Sehrli üzük” xalq nağılının motivləri əsasında teatrın istedadlı gənc rejissorlarından olan Anar Məmmədovun səhnələşdirdiyi eyniadlı tamaşa daxili baxışdan keçməklə tamaşaçıların ixtiyarına verildi.
Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyirin şər üzərindəki qələbəsinin nümayişi kimi maraqlı detal zənginliyi ilə diqqəti cəlb edir. Tamaşanı çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor ona yeni yozum verib. Bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.
Tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir. Tolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova, Cavid Telman oynayır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar