Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşaların məşqlərinə başlayıb. Teatrın direktoru İslam Həsənovun sözlərinə görə, görkəmli dramaturq M.F.Axundzadənin "Hacı Qara" komediyası tamaşaçılara yeni ildə təqdim ediləcək.
Yanvarın 10-da yazıçı Hüseynbala Mirələmovun "Vicdanın hökmü" əsəri əsasında hazırlanan tamaşanın premyerası gözlənilir. Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Rolları Ulduzə Nəsir, Mətləb Səfərli, İlahə Səfərli, Habil Xanlarov və başqaları ifa edir.
2015-ci ilin aprel-may aylarında isə Bolqarıstandan dəvət edilmiş rejissor Xristo Stoyçev teatrın səhnəsində U.Şekspirin "Otello" əsərinə quruluş verəcək.
Bundan əlavə, teatrın baş rejissoru Firudin Məhərrəmov Nobel mükafatı laureatı A.Kamyunun "Kaliqula" əsəri əsasında tamaşa hazırlayacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar