Mə­də­ni ye­ni­lik­lər­lə zən­gin da­ha bir ili yo­la sa­lı­rıq. 2014-cü il te­atr ta­ri­xi­miz­də ye­ni ta­ma­şa­lar, sə­nət ocaq­la­rı­nın müx­tə­lif la­yi­hə­lə­ri, qast­rol sə­fər­lə­ri ilə zən­gin ol­du.

Döv­lət Aka­de­mik Ope­ra və Ba­let Teat­rı­nın rəh­bə­ri, Əmək­dar in­cə­sə­nət xa­di­mi Akif Mə­li­kov 2014-cü ilin on­lar üçün uğur­lu ol­du­ğu­nu bil­dir­di. Onun söz­lə­ri­nə gö­rə, Ni­ya­zi­nin “Rast” ba­le­ti­nin, C.Puç­çi­ni­nin “İl Ta­bar­ro” (“Plaş”) ope­ra­sı­nın ta­ma­şa­la­rı bu il teat­rın ən mü­hüm bey­nəl­xalq la­yi­hə­lə­rin­dən­dir. C.Per­qo­le­zi­nin “Qul­luq­çu xa­nım” ope­ra­sı, F.Ə­li­za­də­nin “İn­ti­zar”, A.P­yat­sol­la­nın “Mə­həb­bət tan­qo­su” ba­let­lə­ri, V.Mot­sar­tın “Fi­qa­ro­nun to­yu”, C.Ver­di­nin “O­tel­lo” ope­ra­la­rı­nın ye­ni qu­ru­luş­la­rı teat­rın re­per­tua­rın­da yer tut­maq­da­dır.
Teat­rın qast­rol sə­fər­lə­ri də rən­ga­rəng ke­çib. Sim­fo­nik or­kestr Al­ma­ni­ya­da təş­kil olu­nan ənə­nə­vi “Qut İmm­linq” ope­ra sə­nə­ti fes­ti­va­lı­na qa­tı­lıb. Teat­rın ba­let trup­pa­sı Hey­dər Əli­yev Fon­du­nun dəs­tə­yi ilə Fran­sa­nın Pa­ris və Stras­burq şə­hər­lə­rin­də F.Qa­ra­ye­vin “Qo­bus­tan köl­gə­lə­ri” ba­le­ti­ni nü­ma­yiş et­di­rib.
A­ka­de­mik Mil­li Dram Teat­rı­nın di­rek­to­ru, sə­nət­şü­nas­lıq dok­to­ru, pro­fes­sor İs­ra­fil İs­ra­fi­lov da so­na çat­maq­da olan ilin yad­da­qa­lan ol­du­ğu­nu de­di: “İl ər­zin­də teatr­da G.Dum­bad­ze­nin “Ge­cə qo­na­ğı” (“Mə­qam” adı ilə), V.Zu­ye­vin “Sülh gö­yər­çi­ni” (“Mən, biz...”), H.Ca­vi­din “To­pal Tey­mur” (“Ə­mir Tey­mur”), Y.Şvart­sın “Köl­gə”, B.Nu­şi­çin “Na­zi­rin xa­nı­mı”, V.Sə­mə­doğ­lu­nun “Ge­ne­ra­lın son əm­ri” və s. əsər­lər ta­ma­şa­ya ha­zır­la­nıb. “Ki­ta­bi-Də­də Qor­qud” das­ta­nı­nın “Dir­sə xan oğ­lu Bu­ğac” bo­yu əsa­sın­da ha­zır­la­nan “İ­la­hi oyun” ta­ma­şa­sı teatr­se­vər­lə­rin ix­ti­ya­rı­na ve­ri­lib. Məşq­lə­ri baş­la­nan İ.Ə­fən­di­ye­vin “Mə­nim gü­na­hım”, L.de Ve­qa­nın “Hiy­lə­gər mə­şu­qə”, G.A­nar­qı­zı­nın “Təh­mi­nə”, A.K­rı­mın “Keç­miş­dən zəng”, R.Ə­li­za­də­nin “La­lə­li dü­zən” ta­ma­şa­la­rı gə­lən il ta­ma­şa­çı­la­ra təq­dim olu­na­caq”.
Teat­rın kol­lek­ti­vi M.F.A­xund­za­də­nin “Lən­kə­ran xa­nı­nın və­zi­ri” əsə­ri­nin ta­ma­şa­sı ilə Tür­ki­yə­nin Ada­na şə­hə­rin­də, “İ­la­hi oyun” ta­ma­şa­sı ilə isə Kon­ya şə­hə­rin­də və Tbi­li­si­də fes­ti­val­la­ra qa­tı­lıb.
Döv­lət Mu­si­qi­li Teat­rı­nın rəh­bə­ri, Əmək­dar in­cə­sə­nət xa­di­mi Əli­qis­mət La­la­ye­vin söz­lə­ri­nə gö­rə, bu il teat­rın ta­rix­çə­si­nə bir sı­ra ye­ni­lik­lər, yad­da­qa­lan prem­ye­ra­lar ya­zı­lıb. Teat­rın kol­lek­ti­vi res­pub­li­ka­mı­zın müx­tə­lif böl­gə­lə­ri­nə qast­rol sə­fər­lə­rin­də olub: “Son il­lər­də re­per­tua­rı­mı­zı ba­ya­ğı, sü­ni gü­lüş do­ğu­ran bir sı­ra ta­ma­şa­lar­dan tə­miz­lə­mə­yə na­il ol­mu­şuq, iş­gü­zar mü­hit ya­rat­mı­şıq. Teat­rın adı­nın də­yiş­di­ril­mə­si də kol­lek­ti­vin ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­nə cid­di tə­sir gös­tə­rib. Bu ilin ilk ta­ma­şa­sı Xalq ar­tis­ti, re­jis­sor İra­nə Ta­ğı­za­də­nin ha­zır­la­dı­ğı “Bu bi­zik - Mu­si­qi­li Te­atr!” ad­lı iki­his­sə­li bur­lesk ol­du. Ta­ma­şa­da, de­mək olar ki, re­per­tuar­da olan bü­tün əsər­lər­dən par­ça­lar oy­na­nıl­dı. Yo­la sal­dı­ğı­mız ilin teat­rı­mız üçün da­ha bir ya­ra­dı­cı­lıq uğu­ru Ra­miz Hey­dər və Oq­tay Ka­zı­mi­nin «Qı­zıl toy» əsə­ri sa­yı­la bi­lər”.
Gənc Ta­ma­şa­çı­lar Teat­rı­nın rəh­bə­ri, Əmək­dar ar­tist Mü­ba­riz Hə­mi­dov bu il uğur­suz ta­ma­şa­la­rı­nın ol­ma­dı­ğı­nı bil­dir­di: “İl teat­rı­mız üçün bir sı­ra ma­raq­lı ha­di­sə­lər­lə yad­da qal­dı. Mə­sə­lən, M.Mak­Do­na­xın “Li­neyn tri­lo­gi­ya­sı” bi­zə uğur gə­tir­di. Okt­yabr­da Ru­si­ya­nın Perm şə­hə­rin­də ilk də­fə ke­çi­ri­lən M.Mak­Do­nax fes­ti­va­lın­da “Yal­qız Qərb” ta­ma­şa­sı­nı nü­ma­yiş et­dir­dik. Ta­ma­şa fes­ti­va­lın xü­su­si mü­ka­fa­tı­na la­yiq gö­rül­dü. Xa­ri­cə qast­rol sə­fər­lə­ri­miz ger­çək­ləş­di. Həş­tər­xan Gənc Ta­ma­şa­çı­lar Teat­rın­da iki ta­ma­şa ilə çı­xış et­dik. Kal­mı­ki­ya Mil­li Dram Teat­rın­da­kı çı­xış­la­rı­mız da çox uğur­lu alın­dı”.
Teatr­da bu il həm­çi­nin «Qır­mı­zı pa­paq» «Sa­rı­köy­nək­lə Va­le­hin na­ğı­lı» və «Ağ ölüm» ta­ma­şa­la­rı təh­vil ve­ri­lib.
A­zər­bay­can Döv­lət Kuk­la Teat­rı­nın di­rek­to­ru Rə­şad Əh­məd­za­də bu il dörd ye­ni ta­ma­şa ilə uşaq­la­rın gö­rü­şü­nə gəl­dik­lə­ri­ni de­di: “Ru­si­ya­dan də­vət et­di­yi­miz re­jis­sor Eduard Qay­dar və rəs­sam Tat­ya­na Mel­ni­ko­va rus xalq na­ğı­lı “Qo­ğal­”ı fərq­li yo­zum­da təq­dim et­di­lər. Ya­pon xalq na­ğıl­la­rı əsa­sın­da “Kim da­ha güc­lü­dür?” (re­jis­sor Anar Məm­mə­dov, rəs­sa­mı Rə­va­nə Ab­ba­so­va) ha­zır­la­dı­ğı­mız ta­ma­şa da ma­raq­la qar­şı­lan­dı. Teat­rı­mı­zın baş re­jis­so­ru Qur­ban Mə­si­mo­vun ha­zır­la­dı­ğı "Şou çan­ta trio və...” ta­ma­şa­sı da ba­la­ca­la­rın ix­ti­ya­rı­na ve­ril­di. Teat­rın uğur­lu prem­ye­ra­la­rın­dan bi­ri də ye­ni yo­zum­da ha­zır­la­nan “Tıq-tıq və Taq-ta­qın na­ğı­lı” ol­du. Son ola­raq isə “Sehr­li üzük” na­ğı­lı­nın mo­tiv­lə­ri əsa­sın­da teat­rın gənc re­jis­so­ru Anar Məm­mə­do­vun qu­ru­lu­şun­da ha­zır­la­nan ey­niad­lı səh­nə əsə­ri­ni ta­ma­şa­çı­la­rın ix­ti­ya­rı­na ver­dik”.
Di­rek­tor bu il iki xa­ri­ci sə­fər­lə­ri­nin də ol­du­ğu­nu bil­dir­di: “Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin dəs­tə­yi ilə Hin­dis­ta­nın Nyu Deh­li şə­hə­rin­də ke­çi­ri­lən “İ­şa­ra” bey­nəl­xalq kuk­la teatr­la­rı fes­ti­va­lın­da Qur­ban Mə­si­mo­vun “Şou çan­ta trio və...” ta­ma­şa­sı ilə iş­ti­rak et­dik. Ru­si­ya­nın Kur­qan vi­la­yə­tin­də ke­çi­ri­lən “U­çuş ar­zu­su” fes­ti­va­lı­na da qa­tıl­dıq. Bun­dan baş­qa, Şə­ki şə­hə­rin­də ger­çək­lə­şən I Bey­nəl­xalq Te­atr Fes­ti­va­lın­da da uğur­la təm­sil olun­duq”.

Hə­mi­də Ni­za­mi­qı­zı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar