Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında Qarabağ mövzusu xüsusi yer tutur. Azərbaycanın görkəmli bəstəkarları Vasif Adıgözəlovun “Natəvan” və Firəngiz Əlizadənin “İntizar” operaları da məhz Qarabağın tarixinə, orada baş verən hadisələrə həsr olunub. Teatrın repertuarında möhkəm yer tutan bu operaların hər tamaşası geniş auditoriya toplayır və böyük marağa səbəb olur. Bu dəfə hər iki əsər 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində nümayiş olunacaq. Yanvarın 11-də “Natəvan” və ayın 17-də isə “İntizar” operalarının tamaşaları Qarabağ hadisələrinə və şəhidlərin əziz xatirəsinə həsr olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar