Xalq artisti bu il ərzində bir neçə ölkədə konsert proqramları ilə çıxış edəcək

Yanvarın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Leyli və Məcnun” operası gənc solistlərin ifasında nümayiş etdiriləcək. Leyli rolunda Xalq artisti Mənsum İbrahimovun istedadlı tələbəsi Arzu Əliyeva, Məcnun rolunda isə Elnur Zeynalov çıxış edəcək.
Bu barədə danışan Xalq artisti gənc yetirmələrinin uğuruna sevindiyini, bir müəllim olaraq qürurlandığını deyib.
Mənsum İbrahimov bildirib ki, fevralın əvvəlində tamaşaçılar Opera və Balet Teatrının səhnəsində yenidən “Leyli və Məcnun” operasına tamaşa edə biləcəklər. Bu tamaşada Xalq artisti 127-ci dəfə Məcnun rolunda səhnəyə çıxacaq. Leyli rolunu isə respublikanın Xalq artisti Gülyanaq Məmmədova oynayacaq. Mənsum İbrahimov bildirib ki, bu, səhnədə onun tərəf-müqabil olacağı səkkizinci Leylidir: “Gülyanaq Məmmədova çox gözəl ifaçıdır və inamla deyirəm ki, səhnəmizə yeni bir Leyli gəlir. Onun səhnə plastikası, səs imkanları, görkəmi, aktyorluq məharəti bu işin öhdəsindən uğurla gəlməsinə imkan verəcək. Yeri gəlmişkən onun da deyim ki, mənim səhnədə ilk “Leylim” Gülyanaq xanımın bacısı, Xalq artisti Gülyaz Məmmədova olub”.
Xalq artistinin sözlərinə görə, Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rəhbərliyi altında artıq məşqlərə başlanılıb.
Yeni ildə sənət planlarından danışan Mənsum İbrahimov “Muğam televiziya müsabiqəsi - 2015”ə start verildiyini də bildirib: “Bir neçə gündən sonra seçimlərə başlayacağıq. İlk olaraq bölgələrdə, sonra isə Bakı və Sumqayıt şəhərlərində aparılacaq dinləmələrdən sonra 20-lik seçiləcək. Bundan sonra canlı efir vasitəsilə yeni muğam ifaçıları xalqımıza təqdim olunacaq”.
Görkəmli muğam ifaçısı deyib ki, bu il ərzində bir neçə ölkədə konsert proqramları ilə çıxış edəcək. Eyni zamanda “Qarabağ” muğam qrupunun təqdimatında yeni bir disk muğamsevərlərin ixtiyarına veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar