Binəqədi Rayon İcra Hakimiyyəti və İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub. Səhnə əsərində İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları rol alıblar.
Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ümummilli lider Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin Qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.
Tamaşada ulu öndər Azərbaycan xalqı qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirilir, dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə deyil, həm də idealına çevrildiyi vurğulanır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar