Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2015-ci ilin ilk premyerasına hazırlaşır. Böyük ingilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyi münasibətilə kollektiv ədibin “III Riçard” tamaşasını yanvarın 25-də teatrsevərlərə təqdim edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan teatrında uzun illər müraciət olunmayan “III Riçard” tamaşasının quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Səhnə əsərində əsas obrazları Xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar