Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanvar ayının ikinci yarısı üçün repertuarı maraqlı tamaşalarla zəngindir.
Ayın 16-da teatrda Hüseynbala Mirələmovun “Xəcalət”, 17-də Branislav Nuşiçin “Nazirin xanımı”, 18-də Əli Əmirlinin “Şah Qacar” əsərlərinin tamaşaları göstəriləcək. İlyas Əfəndiyevin dramı əsasında hazırlanmış “Qarabağnamə” tamaşası yanvarın 20-də nümayiş etdiriləcək.
Vladimir Zuyevin “Mən... Biz...” tamaşası yanvarın 21-də və 27-də göstəriləcək.
Teatrsevərlər yanvarın 21-də Həsən Həsənovun “Qürbətdən gələn məktublar”, 22-də Yunus Oğuzun “Nadir şah”, 23-də Vaqif Səmədoğlunun “Generalın son əmri” əsərlərinin tamaşasına baxa bilərlər. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin tamaşası yanvarın 24-də və 29-da, Hüseyn Cavidin dramı əsasında hazırlanmış “Əmir Teymur” tamaşası yanvarın 25-də, Elçinin “Sənətkarın taleyi” və “Teleskop” əsərlərinin tamaşaları isə yanvarın 27-28-də nümayiş olunacaq. Teatr həvəskarları yanvarın 30-da “Qocanı öldürməliyik” (Con Patrik), 31-də “Gəncə qapıları” (Hüseynbala Mirələmov) tamaşalarına baxa bilərlər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar