Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin hazırlıq işlərinə start verilib. Teatrda gənc yazıçı-dramaturq Pərvinin Azərbaycan xalq nağılları əsasında qələmə aldığı “Dəcəl keçi” pyesi tamaşaya qoyulacaq.
Tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərində xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur. Rolları teatrın gənc aktrisa və aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.
Premyera martın 7-nə nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar