20 Yanvar şəhidlərinə ithaf olunmuş tamaşa

Yanvarın 20-də Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib. 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tamaşadan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, baş rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov və başqaları çıxış edərək paytaxtın orta məktəblərinin şagirdləri olan tamaşaçılara, yeniyetmələrə Qara Yanvar haqqında məlumat veriblər. Qeyd olunub ki, 20 Yanvar tariximizə təkcə hüzn günü deyil, həm də müstəqilliyə aparan yolun başlanğıcı kimi düşüb.
İkihissəli tamaşa iki gəncin - Aqillə Turanın saf və nakam məhəbbətini tərənnüm edir. Aqil 1990-cı ilin 20 Yanvar hadisələri zamanı həlak olur. Turan isə Aqilin digər qadından olan oğlunun təlim-tərbiyəsini öz üzərinə götürür, itirdiyi sevgilisinin anasını tək qoymur.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnə tərtibatçısı Gürcüstanın Tumanaşvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzəağa Mirzəyev və başqaları canlandırırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar