Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” hekayəsi əsasında hazırlanan musiqili komediya Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulacaq.
Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşanın bəstəkarı Firudin Allahverdi, libretto müəllifi Nofəl Vəliyevdir. Səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, səhnə tərtibatçısı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.
Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, Nərgiz Kərimova, Nahidə Orucova və başqaları canlandıracaqlar. Baş qəhrəmanı - Baladadaş obrazını teatrın gənc və istedadlı aktyoru Elvin Əliyev ifa edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar