İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Səmayə Kazım qızı Nəbiyeva anadan olmasının 60 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. 1977-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayan aktrisa Ana Pəri ("Sən nə üçün yaşayırsan", H.Seyidbəyli, İ.Qasımov), Zabitə ("Atayevlər ailəsi", İ.Əfəndiyev), Foena ("Mənim qayınanam", Q.Xuqayev), Yelena ("Əkizlər", P.Pançev), Çinarə ("Əks-səda", N.Xəzri), Fatoş ("Hicran", S.Rəhman), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyli), Ziba ("Sərgüzəşti-vəziri-xani-Lənkəran", M.F.Axundzadə), Zibeydə ("Mürafiə vəkilləri", M.F.Axundzadə), İxtiyar ana ("Soyqırımı tarixinin dastanı", İ.Piriyev) və s. maraqlı obrazlarla tamaşaçı rəğbəti qazanıb.
Ömrünün 38 ilini sənətə həsr edən Səmayə Nəbiyeva 1994-cü ildən Azərbaycan Dövlət Televiziyasının solisti kimi dövlət konsertlərində, mədəni tədbirlərdə də fəal iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar