Məktəblilərin yaz tətili və Novruz bayramı ərəfəsində Bakıda ilk dəfə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Moskva uşaq teatrlarının aparıcı artistlərinin ifasında “Çipollinonun macəraları” və “Çəkməli pişik” tamaşaları təqdim olunacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşalar martın 20-dən 22-dək göstəriləcək.
Canni Rodarinin məşhur qəhrəmanı çoxlarımıza tanışdır. Çox illər əvvəl Çipollino və onun dostları qəzəbli Senyor Pomidoru və Şahzadə Limonu meyvələr və tərəvəzlər şəhərindən uzaqlaşdırdı və şəhər şən yaşamağa başladı. Lakin günlərin bir günü belə bir şayiə yayıldı ki, Senyor Pomidor cəsur Çipollinodan qisas almaq istəyir və şən, cəsarətlilər şəhərini Yer üzündən silmək üçün qoşun yığır...
Şarl Perronun “Çəkməli pişik” nağılında isə ilk baxışdan heç nəyi qalmayan gəncə əlavə yük kimi görünən pişik az sonra bunun belə olmadığını göstərir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar