Son illər bır sıra sənət nailiyyətlərinə imza atan Mingəçevir Dövlət Dram Teatrı mütəmadi olaraq bölgələrə qastrol səfərlərinə çıxaraq tamaşaçılara maraqlı səhnə əsərləri təqdim edirlər. Kollektiv daha bir səfərini fevralın 10-da Zərdab rayonuna gerçəkləşdirib.

Yaradıcı heyət zərdablılar qarşısında iki səhnə əsəri - balacalar üçün Abdulla Şaiqin “Tıq-tıq xanım" tamaşasını, rayonun teatrsevərləri üçün isə Üzeyir Hacıbəylinin "Ər və arvad" musiqili komediyasını nümayiş etdirib.
"Tıq-tıq xanım" tamaşasında rəngarənglik, şən musiqilər və ritmik rəqslər balaca tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tamaşaya Xalq artisti Ağaxan Salmanlı quruluş verib.
Tamaşaçıların rəğbətlə qarşıladığı "Ər və arvad" musiqili komediyası teatrın repertuarlında xüsusi yer tutur. Onu da qeyd edək ki, Mingəçevir Dram Teatrı bu səhnə əsəri ilə ötən ilin sentyabrında Şəkidə beynəlxalq teatr festivalında iştirak edib. Kollektiv bu tamaşaya görə Mədəniyyət və Turizm Nazirliyinin və Şəki İcra Hakimiyyətinin diplomu ilə təltif edilib.
Səhnə əsərinin rejissoru Xalq artisti Vaqif Əsədov baş rolları gənc aktyorlar Fəridə Məmmədovaya və Hüseyn Mustafayevə həvalə edib. Tamaşada teatrın aparıcı səhnə ustası Afət Əliyeva, Asim Məmmədov, Ruhəngiz Abdullayeva, gənc aktyorlardan Paşa Salmanov, Ceyhun Əhmədov, Firuz Hacıyev, Amil Fərzəliyev və Leyla Cavadova da rol alıblar .
Səhnə əsəri klassika ilə müasirliyin sintezi şəklində qurulub ki, bu da onun daha baxımlı olmasına zəmin yaradıb. Tamaşadan sonra yaradıcı kollektivlə görüşən Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri rayonda əsl teatr bayramının yaşandığını qeyd edərək, kollektivə uğurlar arzulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar