Fevralın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərində Azərbaycan, Ukrayna və Gürcüstanın vokal sənəti ulduzları iştirak edəcəklər.
Aida partiyasını Ukraynanın Əməkdar artisti Viktoriya Çenskaya ifa edəcək. O, beynəlxalq müsabiqələr laureatıdır, Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya, Fransa, Tailand və s. ölkələrdə çıxış edib.
Radames rolunda Gürcüstanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili çıxış edəcək. Amonasro partiyasını ifa etmək üçün isə Ukraynanın Əməkdar artisti Dmitri Qrişin dəvət olunub.
Əsas rollardan biri olan Amneris partiyasında Azərbaycanın Əməkdar artisti Fidan Hacıyeva çıxış edəcək. Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova, Əkrəm Poladov rol alıb. Dirijor Z.Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri David Kintsuraşvilidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar