Gənc Tamaşaçılar Teatrında Novruz münasibətilə martın 14-dən 24-dək uşaqlar üçün maraqlı tamaşalar göstəriləcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, həmin günlərdə “Dəcəl keçi”, “Məlikməmməd və sehrli almalar”, “Qoğalın nağılı”, “Qırmızıpapağın nağılı” tamaşaları nümayiş olunacaq. Tamaşadan əvvəl Novruzun atributları olan Kosa və Keçi səhnədə uşaqları təbrik edəcəklər.
Bayram ərəfəsində teatrda premyeralar da nəzərdə tutulur. Martın 7-də gənc yazıçı və dramaturq Pərvinin Azərbaycan xalq nağılı əsasında qələmə aldığı “Dəcəl keçi” tamaşasının premyerası olacaq. Tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Martın 14-də isə “Məlikməmməd” xalq nağılı əsasında səhnələşdirilmiş “Məlikməmməd və sehrli almalar” izləyicilərə təqdim olunacaq. Tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verib. Quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar