“Buta” İncəsənət Mərkəzinin Böyük Britaniyanın paytaxtı Londonda keçirdiyi Azərbaycan İncəsənəti Festivalı çərçivəsində Xalq yazıçısı Elçinin “Teleskop” tamaşasının premyerası keçiriləcək.
“Buta” İncəsənət Mərkəzindən bildirilib ki, Londonun "Testbed1" səhnəsində tamaşaya qoyulan əsərin quruluşçu rejissoru Metyu Qulddur. Rejissor bundan öncə Elçinin “Mənim sevimli dəlim” pyesini uğurla tamaşaya qoyub. Baş rolları tanınmış aktyorlar Kris Simmons və Tanya Frenks ifa edəcək. Yaradıcı heyətdə 11 nəfər yer alıb.
Londonda fəaliyyət göstərən “Aloff” Teatrının prodüseri Sənan Əliyevin verdiyi məlumata əsasən, əsər “immersiv” tamaşa formasında təqdim ediləcək. Fevralın 25-də nümayiş olunan əsərin növbəti tamaşası martın 3-də olacaq.
"Teleskop" Elçinin sərrast və eyni zamanda incə satirik üslubunun bütün əlamətlərini özündə birləşdirir. Əsər ölkəmizdə və xaricdə dəfələrlə tamaşaya qoyulub. Müəllifin acılı-şirinli satirası öldükdən sonra cənnətə gedən yolun yarısında qalmış bir insandan bəhs edir.
Tamaşa Azərbaycan incəsənətinin tanıdılması məqsədi daşıyan “Buta” festivalının britaniyalı sənətsevərlərə daha bir hədiyyəsidir. Ötən ilin noyabrından davam edən festival mart ayında başa çatacaq.
Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar