Eyni səhnədə 105-ci dəfə

Rauf Hacıyev, Faiq Zöhrabov və Elxan Ocaqovun ikihissəli “Talelər qovuşanda” operettası fevralın 28-də Dövlət Musiqili Teatrında 105-ci dəfə nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, uzun illərdir sevə-sevə izlənilən tamaşada vaxtilə mərhum aktyorlar - Xalq artisti Elxan Əhədzadə, əməkdar artistlər Elçin Həmidov, Xanım Qafarova və aktrisa Lütfiyyə Səfərova oynayıblar və onların ifaları hələ də xoş bir xatirə kimi xatırlanır.
Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.
Rolları əməkdar artistlər Nərgiz Kərimova, Nahidə Orucova, Novruz Qartal, Ema Məlikova, aktyorlar Amil Məmmədov, Gültac Əlili, Əlif Cahangirov, Ülviyyə Əliyeva, Elçin İmanov və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar