Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı fevralın 25-i və 26-da Akademik Milli Dram Teatrında yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası nümayiş olunub. 2002-ci ildə qələmə alınan pyes 2006-cı ildə Akademik Milli Dram Teatrında rejissor Bəhram Osmanov tərəfindən səhnəyə hazırlanıb.
Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Xədicə Novruzlu çıxış edirlər.
Səhnə əsərində Qarabağla bağlı tarixi həqiqətlər, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara məruz qoyması bədii obrazlar vasitəsilə canlandırılıb. Uzun müddət repertuarda qalan “Xəcalət” tamaşası həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır və səhnə həyatını davam etdirir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar