Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti 49 nömrəli «İntellekt» məktəb-liseyinin qonağı olub. Azərbaycan peşəkar milli teatrının yaranmasının 142-ci ildönümü münasibətilə keçirilən görüşdə əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Əməkdar mədəniyyət işçisi, teatrın baş redaktoru Səriyyə İsmayılova, aktyorlar İlham Əsədov, Müşfiq Əliyev, Anar Seyfullayev iştirak ediblər. Şagirdlər Azərbaycanın korifey aktyorlarının fotolarından ibarət hazırladıqları sərgi, «Arşın mal alan», «Meyvələrin söhbəti», «Vaqif», «Kərpickəsən qocanın nağılı» və digər əsərlərdən ifa etdikləri parçalarla teatr işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.
Məktəb-liseyin direktoru Təhminə Əsədova və Səriyyə İsmayılova çıxış edərək teatr kollektivinə, müəllim və şagirdlərə öz minnətdarlıqlarını bildiriblər. Sonda aktyor İlham Əsədov şagirdlərin müşayiəti ilə «Azərbaycan» mahnısını səsləndirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar